Bir qolun tarixçəsi adlı kitab nəşr olunub

Rasim Mövsümzadənin «Bir qolun tarixçəsi» adlı kitabı nəşr olunub
Bu kitab Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin 1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədə dünya çempionatında Portuqaliya ilə 3-cü yer uğrunda oyunda vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir
Yeri gəlmişkən, Youtube.com saytında “1966 (July 28) Portugal 2-USSR 1 (World Cup)” yazıb axtarış verməklə ilk çıxan videoda həmin qolu izləmək mümkündür
Qeyd edək ki, Rasim Mövsümzadə «FIFA Ballon d’Or», «UEFA Best Player in Europe» və «Golden Foot» kimi nüfuzlu beynəlxalq mükafatların münsiflər heyətinin üzvüdür