MİRZƏ SAKİT: İLAN BALASININ YUXUSU
Sentyabr ayının əvvəlləri idi
Şahənşahın ailəsi adəti üzrə səhər tezdən qalxıb, böyuk ərazisi olan mülklərinin birinin həyətində səhər gəzintisinə çıxmışdılar. Xeyli aralıda isə onların cangüdənləri, qulluqçuları, ləyəndaşıyanları onları ehtiyatlı şəkildə muşaiyyət edirdilər
Bəli bəli, söhbət İlham Əliyevdən gedir. Ləyəndaşıyanlardan biri, Milli Elmlər Akademiyasının Tarix institutunun rəhbəri Yaqub Mahmudov çox ustalıqla Şahənşahın hər addımını göz qırpmadan izləyirdi. Onun vəzifəsi ancaq ondan ibarət idi ki, Şahənşah boğazının xıltını təmizləyəndə cəld hərəkətlərlə ləyəni İlham Əliyevin ağzının altına tutsun. Yaqub müəllim bundan çox zövq alaraq, rahatlıq tapırdı. Nə qədər olmasa alim adamdır. Elmlər Akademiyasının bir çox elmi işçıləri bu "vəzifə"dən ötrü aylarla mübarizə aparırdılar. Akademiyanın Prezidenti Mahmud Kərimov illərlə İlhamın atası Heydərə məhz belə xidmətinə görə mukafatladırılaraq, Akademiyaya rəhbər təyin olunmuşdu
İlham Əliyev addımladıqca arada çönüb oğlu Heydərə baxırdı. Heydər mısmırığı sallaq halda könülsüz-könülsüz irəlləyirdi. Arada toppuş əlləri ilə gözlərini ovxalayırdı. Nəhayət atası oğlundan soruşdu
Niyə belə dalğınsan, dinib-danışmırsan
Ata, mən bu gecə bir yuxu görmüşəm, o yuxunun təsirindən çıxa bilmirəm
Qeyd edim ki, Prezidentin mülkünün həyətinin ayaq tərəfində ayrıca üç mərtəbəli bir bina tikilmişdi. O binada rəmmallar, falçılar, ekstrasenslər, cindarlar yaşayırdılar. Aydın məsələdir ki, Avtoritar rejimlər ölkəni cin-şeytanla idarə etdiklərindən bu onlar üçün normal hal sayılır. Heydərizm rejimi bütün xarici və daxili siyasətini ancaq bu yöndə qurduğundan əhali də artıq buna bir növ adətkar olmuşdur. Belə usul-idarə təkcə Azərbaycan hakimiyyəti üçün yox, bütün Diktatura olan rejimlərdə təşəkkül tapmışdır. Dövlər qanunları isə ancaq rəiyyət üçün nəzərdə tutulur
Balaca Heydərin yuxusunu yozmaq üçün onlar ailəliklə həmin üç mərtəbəli binaya tərəf getdilər. Xidmətçilər qapını açaraq, içəri keçib içəridəki cindarları məsələdən agah etdikdən sonra üç nəfər cindar Prezident ailəsi ilə üzbəüz əyləşib, balaca Heydərin yuxusunu dinləmək istədiklərini bildirdilər. Heydər əvvəlcə barmaqlarını şaqqıldadıb, sağa-sola baxaraq, yuxusunu çox qısa şəkildə danışmağa başladı
Bu gecə yuxuda gördüm ki, Şamaxı rayonunun əhalisi Kürdəmir rayonuna köçüb, Kürdəmir rayonunun da əhalisi Şamaxı rayonuna. Şamaxılılar ordan köçəndə özləri ilə Seyid Əzim Şirvaninin və Mirzə Ələkbər Sabirin qəbrini də özləri ilə aparıblar. Kürdəmirlilər Piquluda, Çuxuryurdda, Qızmeydanda ayaqlarını ayaqlarının üstünə qoyub keflə yaşayırlar, hərdən də Kürdəmir tərəfə baxıb deyirlər ki, yanın orda indi. Şamaxılılar isə Kürdəmirin şoran suyundan içib imam Hüseyn müsibəti çəkə-çəkə əllərini göylərə uzadıblar. Bundan başqa gördüm ki, mənim üstümə altı tərəfdən klounlar gəlirlər və mənə tarix kitabını göstərib, kitabın varaqlarını çırıb atırlar, vəssalam
Cindarlardan biri bu yuxunun elə də əhəmiyyətli və qorxulu yuxu olmamasını dedi
İkinci cindar bu yuxunu iqlim dəyişməsi ilə əlaqələndirdi və narahatçılığa heç bir əsas olmadığını dedi
Üçüncü Baş Cindar isə Razi Nurullayev kimi əlini çənəsinə dayayaraq, xeyli fikrə getdi və üzgün halda başını qaldırıb eynilə Siyavuş Novruzovun ləhcəsi ilə dedi
Bu yuxu çox dəhşətli yuxudur
İlham Əliyev bu sözü eşidən kimi özündən ixtiyarsız olaraq, ayağa qalxdı və ayağa qalxanda da səndərlədi. Mehriban bajı tez ərinin qolundan tutub ona dayaq oldu. İlham iki dəfə burnunu çəkib, üç dəfə boğazını artladı. Yaqub Mamudov ləyəni tez İlhamın çənəsinin altına tutdu. O xeyli gəyirib öskürdükdən sonra boğazındakı xıltı ləyənə boşaltdı. Yazıçı Anar komsomol cəldliyi ilə əlindəki dəsmalla Prezidentin ağzını-burnunu təmizlədi. İlham tüpürməyə davam edərkən tüpürcəkdən bir zərif qətran da Anarın üzünə düşdü. Anar o biri üzünü tutanda ikinci mubarək tüpürcəyin xoşbəxtliyinə nail oldu. Nəhəyat ki, möhtərəm və ötkəm Prezident dilləndi
Ey cindar, bu yuxunun dəhşətli olmasını nədə gördün
Cindar ürkək və bic baxışlarla Diktatoru süzüb yuxunu yozmağa başladı
Möhtərəm, cənab, ulu öndərin yadigarı, əlahəzrət Prezidentimiz, ilk növbədə qeyd edib deməliyəm ki, Kürdəmir həddindən artıq isti ərazi olduğundan o bölgədə bir nəfər də olsun məmur sinfindən olan kəslər orda özlərinə villa, mülk tikdirmirlər. Çünki ilanlar mələyən, istisi ərşi-əlaya qalxan bir yerdə heç bir məmur özünə məskən salmaz. Qəzəbiniz tutmasa deyərdim ki, göyçək və mamlımatan məmurlarımız vətənə vətən kimi yox, şəxsi qazanc mənbəyi kimi baxırlar. Qaldı ki, Seyid Əzimlə Sabirin məzarlarının Kürdəmirə daşınmasına, bu yerdə deyə bilərəm ki, artıq Mövlanələr öz doğma əyalətlərinə yiyələnmək üzrədirlər. Bu ona işarədir ki, Xalq öz vətənini özünə qaytarmaq istəyir. Seyid Əzim işarəsi Şeyx Allahşükürü pərçimləyib ölkədən çıxarmağa, Sabir işarəsi isə məmurların qamçılanaraq, dar bir yerə doldurmağın göstəricisidir. Kürdəmirlilərin Şamaxıda ayaqlarını ayaqlarının üstünə qoyub dincəlmələrinə gəldikdə isə bu bir az təsəlli vericidir, qorxulu deyil. Bu o deməkdir ki, muxalifətin İctimai Palatası iclaslarla illəri yola verəcəklər. Amma və lakin Şamaxılıların Kürdəmirdə imam Hüseyn müsibəti çəkmək məsələsi bu birbaşa sizin hakimiyyətə zillənib. Məzarın yerini dəyişmək yaxşı əlamət deyil, Xalq Fəxri Xiyabanda təmizləmə işləri görməli olacaq. Buna görə də təcili olaraq, Şeyxi yanınıza çağırıb onu zərərsizləşdirin. Altı tərəfdən klounların Heydərin üstünə gəlməsi isə qorxulu deyil, əksinə xeyirlidir. Bu altı tərəf Massonlara işarədir. Məsələn, Rüstəm İbrahimbəyovdan sizə nə ziyan gələ bilər ki ? Tarix kitabı isə professor, tarixçi Cəmil Həsənlidir, o da öz tarixini özü üçün bala-bala yaşamaqdadır
Bundan sonra Baş Cindar əyilib İlhamın qulağına bəzi sözləri pıçıldadıqdan sonra Allah köməyiniz olsun, deyib çəkildi
İlham Əliyev ordan çıxıb tez evə gəldi və pencəyini çiyninə atıb evdən çıxanda Mehriban bajl onun arxasınca səsləndi
Ay anan ölməsin, bir tikə yemək yeyəydin barı, ərişdə bişirmişdim, dünəndən bir az halva da qalmışdı, sən dədənin goru qayıt bir loxma ye, sonra get
İlham darvazanı çırpıb dedi
Sənin o halvan bizi yaman günə qoyacaq
Dedi və maşına əyləşib Prezident Administrasiyasına yollandı
Yol boyu Ramiz Mehdiyevə zəng edirdi
Bizim ölkədə neçə Şeyx var
Ramiz Mehdiyev iki Şeyx olduğunu, Şeyx Əbdül Mahmudbəyov və Şeyx Allahşükür Paşazadə olduğunu bildirdi
İlham qəti şəkildə hər iki Şeyxin onun qəbuluna gətirilməsini tapşırdi
Şeyx Əbdül Mahmudbəyov sarı qalstukda və zolaqlı kostyumda, Şeyx Allahşükür isə həmişəki kimi ağ əmmaməsində Prezidentin qəbul otağının ağzında dayanmışdılar
Köməkçi gəlib dedi ki, Şeyx Əbdül, birinci siz keçin içəri,cənab Prezident sizi gözləyir
Şeyx Əbdül cib dəsmalını hazırlayıb, içəri keçdi. Xeyli təzimdən, salam-kəlamdan sonra Prezident ondan soruşdu
Şeyx Əbdül, sən nə işlə məşğulsan
Şeyx Əbdül əlləri qurşağında dilləndi
Möhtərəm cənab Prezident, əvvəllər aktyorluq edirdim, hətta "Yeddi oğul istərəm" kinosunda da çəkilmişəm
İlham sınayıcı nəzərlərlə gözlərini qıyıb dedi
Yeddi oğul istəyirsən, eləmi,neynirsən o yeddi oğulu, banda hazırlayırsanmı
Yooox cənab Prezident, mən sadəcə çəkildiyim filmin adını dedim. İndi isə daha kinoya çəkilmirəm, televiziyada gedən Meyxana yarışmalarına jürilik edirəm.
O meyxana Xalqa nə verir
Cənab Prezident, vaxtılə mərhum və ölməz Prezidentimiz, ulu öndərimiz, umummilli liderimiz Heydər Əliyev qurban olduğum cənabları keçmiş meyxana ustası indi isə rəhmətə gedən Ağasəlim Çıldağa şəxsən özü-öz mübarək diliylə dedi ki, bu meyxana nə gözəl şey və zad imiş. O deyəndən sonra Meyxana tevelerə ayaq açdı və kütləviləşdi
Yaxşı, de görüm bunun Xalqa nə mənfəəti var
Möhtərəm Prezident, hal-hazırda dəyərli və qədirbilən Xalqımız neçə illərdir ki, ancaq Meyxana ilə nəfəs alır. Sizə bir misal çəkim, bu yaxınlarda bir xanımın ağrısı tutubmuş, həmin xanımı təcili olaraq doğum evinə aparıblar. Orda mamaça onlara deyib ki, gözləyin meyxana yarışması bitsin, sonra səni doğuzduraram. Xanımın əri əlacsız qalıb, arvadını elə gözləmə otağındaca özü doğuzdurmalı olub. O da doğuzdura-doğuzdura arvadına deyirmiş ki, sən Allah tez doğ qutar, heç olmasa meyxananın axırına da olsa çatım. Doğan xanım da hıqqana-hıqqana zarıyaraq deyirmiş ki, a kişi, sən atanın goru o televizorun ağzını bəri çevir mən də baxım. Qadın tələsdiyindən nətəri davlenni ilə gücənibsə, doğulan uşaq düz dörd metrə kənara sıçrayıb. Yaxşı ki, qadının əri karateist imiş, uşağı göydə qapıb bələyə büküb. Bir sözlə, xalqımız üçun bu saat meyxanadan önəmli heç nə ola bilməz
İlham Əliyev Şeyx Əbdülü diqqətlə dinlədikdən sonra deyib ki, yaxşı get, meyxananı genişləndir, tapşıracam bu işdə sənə yardımçı olsunlar
Şeyx Əbdül Qarabağı azad edibmiş kimi çox sevinclə Prezidentin kabinetindən çıxıb, liftlə yox, pilləkənlərlə yüyürə-yüyürə aşağı enib və üzü dənizə doğru götürülüb. Deyilənlərə görə Şey Əbdül sevincdən havalanaraq, özünü dənizə atıb. Vodalazlar axtarsalar da hələki bir nəticə əldə edə bilməyiblər. Bu son məlumatı da Ayaz Mütəllibovdan güclə ala bildik. Ayaz yaman ağlayırmış amma arada da gülürmüş
Köməkçi ikinci dəfə gəlib Şeyx Allahşükürü Prezidentin yanına dəvət etdi
Allahşükür içəri keçib əvvəlcə dizi üstə, sonra qarnı üstə, daha sonra isə arxası üstə, axırda da bir mayallaq aşıb Prezidenti salamladı
İlham dərhal Şeyxdən əmmaməsini çıxartmağı tələb etdi. Şeyx isə əmmamənin burda çıxarılmasının haram olduğunu ciddi-cəhdlə İlhama bildirdi. İlham dedi ki, mənim üçün halalın haramın elə də bir fərqi yoxdur, deyirəm çıxart vəssalam. Şeyx əlacsız qalıb əmmaməni başından çıxartdı. İlham əmr edib dedi ki, indi isə əmmamənin içərisini mənə göstər. Şeyx inildəyərək, İlhama and içdi
Cənab və möhtərəm Prezidentimiz, Allaha and olsun ki, əmmaməmin içi düz iki ildir yuyulmur, yay ayında bir ay yuyulmayan corab iyi verir. Əgər əmməməmi sizə tərəf çevirsəm, qusub buraları batıracaqsınız
İlham təkidlə bildirdi ki, yox eee, davay göstər. Şeyx əlacsız qalaraq, əmməmənin içini İlhama tərəf çevirdi
Pahoooo, elə əsl mərəkə də bundan sonra başladı. Əmməmənin içərisində rəngbərəng işıqlar yanıb sönərək marqat edirdilər. İlham yaxınlaşıb həmin işıqlara boylandı. İşıqların birinin üstündə iki başlı qartal, birinin üstündə altıguşə ulduz, birinin üstündə katalikos işarəsi, birində əjdaha dili, digərində eşşək noxtasının şəkilləri var idi. İlham həyacandan üç addım geri hoppandı və:
Şeyx, bu nə işıqlarıdır- dedi
Şeyx and içib aman etdi ki, ay Prezident, bu işıqlarbalaca nəvəmin xoşuna gəlir deyə bura düzmüşəm.
İlham qayıtdı ki, bura bax, sənin əmmamən uşaq baxçası üçün əyləncə mərkəzidir
Bu dəqiqə MTN naziri Eldar Mahmudovu çağırıb o araşdırar
Şeyx məsələnin qəlizləşdiyini görüb etiraf etməyə başladı
Cənab Prezident, məlumunuz olsun ki, bütün bu juçokların mənim əmmaməmdə yerləşdirilməsində yardımçılığı birbaşa elə həmin Eldar Mahmudov edib. İndi isə buyurun çağırın
İlham bir an düşünüb dedi:
Bu məsələ haqda gərək Putinlə danışam
Yox cənab Prezident, mən dünən gecə Moskvadan gəldim, srağa gün Putin məni pivə qonaqlığına dəvət etmişdi. Gecə onun iqəmətgahında pivə içə-içə bu məsələ haqda geniş muzakirə etmişik. Məhz son günlər BP-nin cığallığı da orda muzakirə olunub. Ehtiyatlı olun, quzğun artıq İrandadır.
Quzğun kimdir
Amoko ilə BP-yə rəhbərlik edən
"Ziyalılar forumu"nun növbəti iclası yaman səs-küylü keçdi. Rüstəm İbrahimbəyov Moskvadan təzə qayıtdığından onda xeyli yeni "informasiya"lar var idi. AST Telman, İskəndər Xəlilov, Vahid Ələkbərov, Söyün Borçalı və başqa pullu-paralı adamlar Rüstəm bəyi mütəəssir etmişdilər. O Cəmil Həsənlinin qulağına pıçıltı ilə deyirdi ki, xəbərin vaaar, Moskvada iri buynuzlu iş adamları İlham Əliyevin əleyhinə təşkilat yaradırlar.
Cəmil Həsənli də məəttəl qalaraq deyirdi ki, ay Rüstəm bəy, Putinin qulağının dibində İlhamın əleyhinə təşkilat yaratmaq nə dərəcədə gerçəkdir Axı mən bilən yeni DAK-ın yeni sədri də seyid Mirəşrəf ağa da Rusiyada yaşayır və İlhamı da birbaşa dəstəkləyən adamdır, bu necə ola bilər axı, yoxsa burda bir Masson barmağı var
Rüstəm İbrahimbəyov Masson sözünü eşitcək, Cəmil bəydən xahiş edib bildirdi ki, xahiş edirəm mənim yanımda Masson kəlməsin işlətmə, xətrimə dəyirsən. Beş-on adam güclə bir yerə yığıb "Ziyalılar forumu" qayırmışam, qoy görək axırımız nə olacaq. Bu vaxt "Ziyalılar forumu"nun başqa nümayəndəsi professor Rafiq Əliyev dedi ki, bəylər, məni bağışlayın, namazımın vaxtıdır. Şair Ramiz Rövşən də bismillah deyib ayağa qalxdı və dedi:
Məni də bağışlayın, mən Yazıçılar Birliyinə getməliyəm, Anar müəllim məni yanına çağırıb, deyəsən hansısa dövlət tədbirinə getməliyik.
Beləliklə Massonlar forum.....üzr istəyirəm, "Ziyalılar forumu"nun növbəti toplantısının zamanını bilmək üçün Rüstəm bəy harasa yuxarılara zəng edəndən sonra dağılışdılar
İlan balasının yuxusu İctimai Palatadan da yan keçməmişdi. Belə ki, İP-in toplantısında keçmiş baş nazir, AXP-nin sədri, əbədi tribun Pənah bəy Hüseyn tribunada çıxış edərək, and içirdi ki, İlham Əliyev koorrupsionerdir. Professor Nurəddin Məmmədli də böyründə oturan xanımlardan birinə Pənah bəyin sözünü təsdiqləyərək deyirdi ki, toba, kişinin oğlu düzcə deyir, indi mən söz alıb tribunaya çıxacam və İlhamın bir səhvini də mən deyəcəm. Xanım da Nurəddin bəyi qılığlayaraq, qabaqcadan o sirrin nədən ibarət olmasını nəhayət ki, öyrənə bildi. Nurəddin bəy həmin xanıma xəlvətcə dedi ki, bir mühüm yerdən dəqiq informasiya əldə etmişəm. Gələn ilki Prezident seçkilərində İlham yenə də seçkini saxtalaşdıracaq. Xanım əvvəlcə bu sözə inanmasa da Nurəddin bəy Qara seyidin cəddinə and içdikdən sonra həmin xanım "Ay öyü dağılan canım vay" deyib, hər iki əlini dizlərinə nətəri çırpdısa, Pənah bəy tribunada diksinib tribuna qarışıq yerə sərildi. Hamı ayağa qalxdı, Arzu Səmədbəyli Nurəddin bəyə tərəf boylanıb soruşdu
Noluf yenə ay Nurəddin bəy
Qadan alım ay Arzu bəy, o səs məndən çıxmadı, bu xanım idi dizlərinə çırpdı.
Bəs sən niyə qizarıb-pörtmüsən
Vallah ay Azu bəy, mənim irəngim elə bineyi-qədimdən belədir
Bu vaxt AXCP sədrinin muşaviri Asif Yusifli ayağa qalxıb şuar səsləndirdi: "Yaşasın Nurəddin bəy, eşq olsun AXCP-yə, Azərbaycanın bir nömrəli Lideri Əli bəy Kərimli cənabları min yaşasın, biz ölərik, birinciliyi əldən vermərik...Ura...ura...uaraaa...."
Musavatçı Razim Əmiraslanlı Asif bəyə əsəbiləşib dedi
Hələ bir buna bax, a qardaş, görmürsənmi bu boyda Pənah bəy tribunanın altında qalıb çıxarda bilmirik, gəlib kömək eləməkdən hihahiydə mikraskopla Lider axtarışına çıxmısan
Xülasey-kərəm, camaat tökülüşüb Pənah bəyi birtəhər tribunanın altından dartıb çıxartdılar. Pənah bəy tribunanın altından çıxan kimi bərkdən bağırdı: "Ya İnqilab, ya azad seçki"
Hamı ayağa qalxıb düz yarım saat Pənah bəyi alqışladılar. Pənah bəy belindən bir az xəsarət almışdı. Onunku da heç gətirmir. Keçən il o Yesentukidə belindən mualicə olunmuşdu, bu il də Kisnavodskiyə hazırlaşırdı, tribuna zədəsi də burdan peyda oldu
Azərbaycana payız gəlib. Payız vaxtı ilanlar daşların altına girib, qız mövsumunu keçirirlər. Bütün qışı həmin ilanlar yazın gəlməsini və sancacaqları yeni qurbanlar haqda iştahla düşünürlər. Nə işdisə Azərbaycandakı ilanların bəxtlərinə çox qurbanlar yazılıb
Bəlkə də həmin qurbanlar özləri sancılmağa meyllidirlər
Tanrı xalqımızı ilanlardan və ilan balalarının yuxusundan qorusun