İsveçdən Əvəz Zeynallıya dəstək gəldi
Məhkəmə hökmü ilə 9 il müddətinə həbs cəzasına məhkum olununan “Xural qəzetinin baş redaktoru Əvəz Zeynallıya xaricdən dəstək gəlib. Bu barədə gozetci.az portalına Ə.Zeynallının Hüquqlarını Müdafiə Komitəsindən məlumat verilib
Məlumatda bildirilir
Mülki Hüquq Müdafiəçiləri (Civil Rights Defenders) İsveçin xarici işlər naziri Karl Bildt və onun avropalı həmkarlarından Azərbaycan hakimiyyətilə əlaqə saxlayaraq, bu məsələyə münasibət öyrənməyə çağırıblar. Əvəz Zeynallıya qarşı çıxarılmış hökm seçki ili ərəfəsində olan Azərbaycanda müstəqil jurnalist və hüquq müdafiəçilərinə qarşı başlanmış böyük təzyiqin bir hissəsidir. Ona görə də, Avropa Şurasının qərarlarını qəbul edən Karl Bildt və digər şəxslər Azərbaycan hökuməti ilə görüşlərdə, insan haqlarının üstünlüyünə dair fikirlərində qəti və kəskin olmalıdırlar”- Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə vətəndaş hüquqlarının müdafiə proqramının direktoru Coanna Kuros deyir.
Əvəz Zeynallı ölkədə yüksək həddə olan korrupsiyanı və müstəqil jurnalistləri, eləcədə müxalifətin fəallarını təzyiqə məruz qoyan prezident İlham Əliyevi tənqid edib
Amnesty International və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (İRFS) qənaətlərinə görə, Ə. Zeynallı üzərində qurulmuş məhkəmə ədalətsiz və dərin yanlışlıqlarla həyata keçirilib. Ona və vəkillərinə - müdafiə tərəfinə bütün proses müddətində əsas şahidlərlə çəkişmə prinsipinin həyata keçməsinə süni maneə yaradılıb
“Məhkəmə araşdırması zamanı ortaya çıxan nöqsanlar və cəzanın müddəti ciddi əsas yaradır ki, hökmün siyasi motivlər üzərində qurulduğu ehtimal edilsin. Biz Azərbaycan hakimiyyətini istintaqı yeniləməyə və ciddi araşdırmağa aparmağa çağırırıq. Əvəz Zeynallı işə yenidən baxıldığı müddətdə həbsdən azad olunmalıdır”, Coanna Kuros deyib
Əvəz Zeynallı həbsdə olduğu 16 ay müddətində məhkəmə prosesinin gedişini gözləyib
Cinayət məsulyyətinə cəlb edilməzdən əvvəl hakimiyyət onun tənqidi yazılarının qarşısını almaq və onu susdurmaq məqsədilə qəzetin əmlakını müsadirə edib və çapını dayandırıb
“Bu gün artıq Azərbaycanda söz və ifadə azadlığı, müstəqil mətbuat üçün daha bir qara gün və vahiməli ildir” deyə, Reportyorlların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (İRFS) sədri Emin Hüseynovun yaydığı press-relizdə bildirilib: “Əvəz Zeynallı hadisəsi, oktyabr ayında keçiriləcək prezident seçkiləri ərəfəsində jurnalistlər və müstəqil KİV arasında qorxu toxumları səpərək, onları özünüsenzuraya məcbur etdirmək üçün daha geniş strategiyanın bir hissəsidir
Azərbaycan hökuməti Avropa İnsan Haqları Konvensiyası, İnsan Hüquqları Bəyannaməsi, Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktı imzalayaraq, ratifikasiya edib