İlham Həsən :Almaniya həmişə Azırbaycandakı diktator rejimə qarşı mübarizədə fəal olub

28/03/2013 14:10

Almaniyadakı soydaşlarımız Demokratik Azərbaycan Hərəkatının inkişafında öz fikirlərini DAH üzvü İlham Həsənin nitqindən belə ifadə etdilər

İlham bəy bu gün DAH yeganə siyasi qüvvədir ki, Azərbaycandakı rejimə Avropadan birlik nümayiş etdirərək mübarizə aparır. Bəs deyirdilər azərbaycanlılar birləşə bilmirlər

DAH həqiqətən Avropadakı Azərbaycanlıları( xüsusilə də Azərbaycanı düşünən insanlarımızı) birləşdirə biləcək və Azərbaycandakı rejimə qarşı mübarizə aparacaq yeganə gücə çevriləcək

 Almaniya Avropanın Mərkəzidir. Sizcə DAH-a Almaniyadan qoşulan siyasi qüvvələr sıralarımızı genişləndirməyə qadir olacaqlar

Almaniya həmişə Azırbaycandakı diktator rejimə qarşı mübarizədə fəal olub və bunu bir daha göstərəcək

 Diaspora Komitəsi DAH-a qarşı siyasi qüvvə sayıla bilərmi

Diaspora Komitəsi maddi imkanları çox olsada heç vaxt bizə rəqib ola bilməyib və bundan sonrada ola bilməyəcək. Çünki onlar şəxsi mənafelərdən çıxış edir

Mühacirətdə bu günkü həyat vətəni rejimdən xilas etmək tələblərini irəli sürürmü

Mühacirətdə olub Azərbaycan sevgisini itirməyən hər kəs Azərbaycanda Azad,müstəqil,demokratik bir cəmiyyətin yaşaya biləcəyi bir milli dövlət qurulmasına bütün imkanlarından istifadə edib kömək etməlidir

DAH-ın əsas hədəfi Azərbaycandakı rejimdir. Bəs Avropa rəsmiləri bunu nə dərəcədə qəbul edəcəklər

DAH -ın hədəfi, Azərbaycanda Xalqı talayan Dünyada bənzəri olmayan mafioz bir rejimin yerinə ədalətli ,demokratik bir sistemin qurulmasında Azərbaycan Xalqına kömək etməkdir. Bu mübarizənin haqlı olması bizə imkan verir ki,sözümüzü , bütün dünyadakı beyin mərkəzlərinə,beynəlxalq təşkilatlara , güc mərkəzlərinə , ədalətli cəmiyyət istəyən bütün insanlara çəkinmədən çatdıraq və onlardan bunu beynəlxalq normalara uyğun tələb edək! Əlbətdə ki ,bu addımları da məhz onların öz üslubu ilə və onların da bəzi cıxarlarını nəzərə alaraq