Fikrət Nəsirov :Güman edirəm ki, DAH bu missiyanın öhdəsindən gələcək
Hörmətli dostlar bu günkü müsahibimiz Demokratik Azərbaycan Hərəkatının İsveçdən olan üzvü Fikrət Nəsirovdur.
Bu gün Azərbaycanın ağır siyasi durumunda xaricdə yaşayan azərbaycanlılar birləşmə qabiliyyətinə nə dərəcədə riayət edirlər
Bu bir reallıqdır ki, son onilliklər ərzində Azərbaycanı tərk edərək digər uzaq və yaxın xaricdə yashayan azərbaycanlıların sayı xeyli artmişdır. Ümumi götürdükdə mən miqrasiyanı müsbət dəyərləndirirəm, ona görə ki, hər hansı bir xalqın, dövlətin nümayəndələri başqa ölkələrə nə qədər çox miqrasiya etsələr, öz xalqlarını və dövlətini daha çox tanıtmış olurlar. Ancaq baxır xalqlar hansı səbəbdən ölkələrini tərk edirlər. Son dövrlərdə azərbaycanlıların öz Vətənini tərk etməsi səbəblərinə nəzər yetirsək, birinci səbəb Sovetlər Birliyinin dağilmasıdır. Adamlar qapalı rejimdən sonra dünyanı daha yaxşı tanımaq və daha fərqli yaşamaq üçün mühacirətə üz tutdular. İkinci səbəb müstəqillik qazanan ölkələrdə ilkin dövrlərin ağir iqtisadi çətinlikləri ilə əlaqədar olduğunu düşünürəm. İnsanlar firavan və rahat yaşam dalınca başqa ölkələrə dağilmağa məcbur oldular. Üçüncü qisim adamlar isə, ilkin mustəqillikdən sonra öz ölkələrində baş qaldıran avtoritar rejimlərin yaratdiği cətinliklərdən yaxa qurtarmaq, ədalətli cəmiyyətdə yaşamaq istəyi ilə ölkələrini tərk etməyə məcbur olanlardır. Çox təəssüf ki, son illər Azərbaycanı tərk edənlər arasında 3-cü qisim şəxslər çoxluq təşkil edirlər
Sualınızın mahiyyətinə varsaq, əslində bu saydiğım qruplar arasında 2-ci və 3-cü qrupların marağı bir olmalidir. Çunki onlar ölkələrini özxoşuna tərk etməmişlər, onları Vətənini, doğma və əzizlərini tərk etməyə məcbur edən ölkələrindəki iqtisadi və siyasi dözülməzlikdir. Bunu yaradan isə, ölkədə hakimiyyətdə olan avtoritar, korrupsioner və talançı rejimdir. Ona görə də bu qrupların təmsilçiləri bunu unutmamalı və çalişmalıdırlar ki, öz ölkələrində də normal, insan haqqlarına hörmət edən ədalətli bir hakimiyyət formalaşsın ki, onlar da öz ölkələrindəki doğmalarından arxayın olsunlar, öz ölkələrinin adı çəkiləndə yaşadıqları yerdə başı aşağı olmasınlar. Bu gün doğmaları ilə göruşə bilməyən şəxslər öz ölkələrinə rahat gedib-gələ bilsinlər, qorxu və həyəcan keçirməsinlər. Bu qisim şəxslərin birliyi məsələsində xeyli nəzərəçarpan işlər olsa da, təəssüf ki, bütövlükdə bu məsələnin yüksək səviyyədə olduğunu deyə bilmərəm
İstənilən Avropa ölkəsində Azərbaycanlı sizcə siyasi problemlərini burada qabardıb və bir neçə ildən sonra hakimiyyətlə yenidən işbirliyi qurursa bunun adı sizcə nədir
Gerçəklik belədir ki, istər iqtisadi, istərsə də siyasi səbəb üzündən Vətənini tərk edərək mühacirət etmiş şäxslər oturum haqqı üçün müraciət edəndə ölkəsindəki siyasi təqiblərdən, özünün və ailəsinin həyatı üçün təhlukədən yaxa qurtarmaq üçün ölkəsini tərk etməyə məcbur olduğunu söyləyir. (Bilir ki, iqtisadi səbəblərə gorä oturum hüququ verilmir.)Qeyd edim ki, çoxları söylədiklərində haqlıdırlar. Çox təəssüf ki, bir çox həmyerlimiz oturum hüququ aldıqdan sonra siyasi cəhətdən passivliyə meyl edir, bir qisim isə hətta siyasi yönümünü 180” döndərərək əks mövqedə fəaliyyət göstərməyə calışır. Bunun isə bir cox fərqli səbəbləri ola bilər. Birinciləri bəlkə də anlamaq və bağışlamaq olar, insan yorulub və bir az sakit həyat yaşamaq istəyir, heç olmasa prinsiplərinə xəyanət etmir. İkinciləri isə anlamaq çətindir. Hesab edirəm ki, adam var təbiyyətcə yaltaqdır (təəssüf ki, belələri az deyil) və ömrünü həmişə hökumət adamlarına yaltaqlıqla keçirib və xasiyyətini dəyişə bilmir. Eləsi də var ki, düşünür ki, burdakı hökumət nümayəndələrinə yaltaqlanmaqla, işverənlik etməklə əlavə qazanc əldə edə bilər. Bu şəxslərin mənəviyyatı yoxdur, onlar hər şeyi mənfəətlə (pulla) dəyərləndirirlər. Çox az olsa da, elə qisim adamlar var ki, onlar əvvəlki dövrlərdə dövlətçilik uğrunda xeyli iş görmuş olsalar da, bu gün çox dolayı bəhanələrlə öz prinsiplərinə xəyanət edir. Demokratik dövlətdə yaşasa da hər şeyi görməzlikdən gəlir, vicdanını və mənliyini itirərək cəbhəsini dəyişir. Belələri daha təhlükəlidir. Fikrimi umumiləşdirərək belə deyə bilərəm: Bunun adı özunə xəyanətdir! Özunə xäyanät edən isə, hər şeyə xəyanət edə bilər
DAH-a üzv olduqdan sonra İsveçdə yaşayan azərbaycanlılarla bu hərəkat barədə informasiya bölgüsü edirsinizmi
Avropa və digər xarici ölkələrdə yaşamağa məcbur olmuş siyasi aktiv mühacirlərin təşkilatlanmasına chox ciddi ehtiyac var idi. Güman edirəm ki, DAH bu missiyanın öhdəsindən gələcək. Bu təşkilatdakı fəaliyyətimiz ilk növbədə dünya ölkələrinə səpələnmiş azərbaycanlıların bir-biri ilə daha yaxından tanış olmasına, əlaqələrin möhkəmlənməsinə yardimçı olacaq. İkincisi, mühacirətdə olsalar da bu şəxslər Azərbaycanda demokratiyanın bərqərar olmasına xeyli kömək edə bilərlər. Sonunda isə bu hərəkatın böyüyərək güclü bir Azərbaycan Diasporası kimi formalaşacağına ümid edirəm və inanıram. Bu inamıma görə də təşkilatın güclənməsi və daha geniş spektri əhatə etməsi üçün əlimdən gələni etməyə çalişıram. Həm İsveçdə, həm də başqa xarici ölkələrdə yaşayan azərbaycanlıların bu hərəkata qoşulmasına çalışıram. Bu yaxınlarda əsasən FB-dan tanıdığım və az-çox siyasi aktivliyinə bələd olduğum şəxslərə müraciət etmişəm. İsveç daxilindəki digər dostlarımızla da birbaşa və ya elektron rabitə vasitəsilə əlaqə saxlayıram
Bayram abu havası, vətən yaxşıdır, yoxsa İsveç
Bayram artıq arxada qalsa da deyim ki, buradakı bayram abu-havası Azərbaycandakından xeyli fərqlənir. Bu abu-havanı burada hiss etmək bir qədər çətindir. Bahar bayramı mənim üçün Yeni il bayramıdır. Lakin burada ilin dəyişməsi Vətəndən fərqli olaraq, hiss olunmur, istər təbiətdə, istərsə də cəmiyyətdə. Ancaq yeni nəslin milli dəyərlərimizi və ənənəmizi unutmamasına çalışırıq. Aprelin 23-də Linköpinq şəhərində və digər yaxın şəhərlərdə yaşayan azərbaycanlıların iştirakı ilə geniş tədbir keçirdik. Güman edirəm gənclərimiz və qonaqlarımız üçün maraqlı oldu. Əlbəttə qurbət ölkədə qeyd edilən bayramlar Vətəndəkinin yerini verə bilməz. Qismət olar yaxın gələcəkdə növbəti bayramlarımızı demokratik Azərbaycanda qeyd edərik, onda daha şirin olar.
Vətənin, ya İsveçin yaxşı olması sualına birmənalı cavab vermək çətindir. Sözsüz ki, Vətən əvəzedilməzdir! Lakin ayrı-ayrı məsələlərdə hərəsinin öz üstün cəhətləri var. Mən İsveçdə haqqın, ədalətin, bir sözlə əsil demokratiyanın nə olduğunu görurəm, bunlar böyük dəyərlərdir. Təəssüf ki, mənim Vətənimdə bu gün bunlar yoxdur
DAH perespektivliyi üçün nə məsləhət görərdiniz
Bu hərəkatın daha da güclü olması üçün yaxın tariximizdə Azərbaycanın mustəqilliyi uğrunda mübarizədə böyük təcrubəsi olan mühacir dostlarımızın iştirakının vacib olduğu qənaətindəyəm. Təcrübəli dostlarımız gənclərlə birgə fəaliyyət göstərərlərsə, böyük səmərə əldə etmək olar. Bu gün Əlaqələndirmə Şurasında təmsil olunmayan Avropa və digər xarici ölkələr var, çalişmalıyıq ki, bu ölkələri də hərəkata cəlb edək. Bundan əlavə muxtəlif ölkələrdə fəaliyyət göstərən müxalif yönümlü təşkilat və qurumlarla da əlaqələr qurmaq və bəzi məsələlərdə birgə fəaliyyət göstərmək olar