Demokratik Azərbaycan Hərəkatının Novruz təbriki

20/03/2013 02:35

Əziz həmvətənlər

Avropada fəaliyyət göstərən Demakratik Azərbaycan Hərəkatı (DAH) olaraq Azərbaycan xalqının,bütövlükdə Türk dünyasının Novruz bayramını təbrik edir, hamınıza uzun ömür, cansağlığı və xoşbəxtlik arzulayırıq
Yeni ilin gəlişini əks edən Novruz bayramını xalqımız həmişə böyük sevgi ilə qeyd edib. Sovetlər dönəmində Novruz bayramının qadağan olduğu dövrdə belə, xalq öz müqəddəs və əziz bayramını həmişə əziz tutub, evlərimizdən Novruz xonçası heç bir zaman əskik olmayıb
Müstəqilliyimiz əldə olunandan sonra Novruz rəsmi dövlət bayramları arasında öz layiqli yerini tutdu. İndi xalqımız bu bayramı açıq qeyd edə bilir, amma təəssüf ki, günbəgün pisləşən sosial-iqtisadi durum,korrupsiya,insan haqlarının pozulması, qiymətlərin fantastik sürətlə artması nəticəsiində insanlar Novruzu ürəkləri istədiyi kimi qeyd edə bilmirlər. Bu gün cox zəngin sərvətlərə malik bu ölkənin vətəndaşları cox acınacaqlı durumda yaşaylrlar. Bu gün biz öz haqlarımız uğrunda fəal mübarizə aparmasaq, hamı bir nəfər kimi öz taleyinə sahib çıxmağa çalışmasa, vəziyyət getdikcə daha kritik həddə çatacaq
Ona görə də biz DAH olaraq, hamınızın Novruz bayramını-bu yenilik və dəyişiklik bayramını gələcəyə inamla qarşılamağa, bu seçki ilində fəal olmağa, öz taleyinizə sahib durmağa çağırırıg. Xalqımızı belə vəziyyətə YOX deməyə,mubarizə əzmini dahada yuksəltməyə səsləyirik. Avropada olmağımıza baxmayaraq biz hər zaman əzimkar Azərbaycan xalqının onun mübariz gəncliyinin yanındayiq.  Eşq olsun sizlərə
Bir daha hamınızı bu əziz bayram münasibətilə təbrik edir, bütün arzu və istəklərinizin çin olmasını arzulayıriq

 

Demokratik Azərbaycan Hərəkatı. 20 mart 2013