Demokratik Azərbaycan Hərəkatının bayram təbriki

15/10/2013 00:16
 
Hörmətli soydaşlar, əziz həmvətənlər
Bu günlərdə dünya müsəlmanları tərəfindən müqəddəs Qurbar Bayramı qeyd edilir. Tarixi insanlıq tarixi ilə yaşıd olan bu bayram barış, sevgi, mərhəmət bayramıdır. Bu gün məhz yüz milyonlar Tanrının mərhəmətinə sığınaraq dualar edəcək. Bizdən cismən uzaqlarda olan Vətənimiz Azərbaycanda da bu müqəddəs günlər qeyd ediləcək, qurbanlar kəsiləcək dualar oxunacaq 
Əziz xalqımız. Təəssüf hissilə deyə bilərik ki, belə müqəddəs günlərdə bizdə daxil olmaqla yüz minlərlə azərbaycanlı öz əzizlərinə, ulularının məzarlarına, şəhidlər xiyabanlarına baş çəkə bilməyəcək. İşğal altında qalan torpaqlarda məscidlər, məzarlar sahibsiz qalacaq, oralarda dua edən bir kimsə olmayacaq. Əzəli Azərbaycan yurdu olan baş şəhərlərimizdən Təbriz yenə də fars işğalında bayramı qeyd edəcək. Azərbaycan türklərinin yaşadığı, Kərkük, Ərbildə insanlar terror qorxusu altında bayramı kutlayacaq. Bunlardan başqa Suriyada, Misirdə, Fələstində qanlar tökülməkdə davam edəcək. Bütün bunlar çox acıdır. 
Bütün bunlarla yanaşı, bu gün var olduğumuz üçün Tanrıya dua etməli, daim vətənimizin azadlığığı, bütövlüyü, inkişafı uğurunda mübarizə aparmalıyıq. Eyni zamanda dinindən, rəngindən, irqindən və cinsindən asılı olmayaraq, bütün insanlara imkanımız daxilində əl tutmalı, insanlığı qorumağa çalışdığımız kimi, digər canlıları da qorumalıyıq. Çünki kainat bütün olanları ilə bir yerdə bir vahiddir, bir ailədir 
Bu müqəddəs gündə bu təbriki oxuyan və oxumayan bütün insanların bayramını təbrik edir, barış və firavanlıq içində sağlıklı bayramlar arzulayırıq. Bayramınız mübarək olsun
 
Demokratik Azərbaycan Hərəkatı 
 
15/10/2013