DAH-ın Belçika toplantısı

12/03/2013 03:05

Belçikanın Antverpen şəhərində DAH əlaqələndirmə şurasının Pribaltika və Belçika nümayəndələrinin toplantısı keçirilmişdir. Toplantıda iştirak edən DAH Pribaltika əlaqələndirmə şurasının üzvləri Vüqar Rəşidov, Abdulla Berezin, DAH Belçika əlaqələndirmə şurasının üzvləri Mirzə Sakit, Elvir Əliyev, Elnur Mirzoyev, Cahandar Zahidli, Elşən Aydınoğlu, eləcə də toplantıya ümumi maraq göstərib DAH üzvlüyünə yenicə qəbul olmaq istəyən daha 5 nəfər DAH-ın cari məsələlərinə dair müzakirələrə başladılar. Müzakirələr 1 saat ərzində davam etdi. Əsasən qarşıda qoyulan məsələlərə aydınlıq gətirən Mirzə Sakit son günlər Azərbaycanda baş verən proseslərdə birbaşa hakimiyyəti günahlandırdı. Xalqımızın başına gətirilən oyunları pisləyərək gənclərin son əsgər ölümlərinə son aksiyalarına hüquqi qiymət verilməsini tələb etdi. DAH-ın digər üzvü Vüqar Rəşidov isə son günlər hakimiyyətin DAH-a olan maraqlarına toxunaraq keçirilmiş gizli müşavirələr barədə danışdı, həmçinin yaradılmış www.dah24.eu saytı barədə iştirakçılara məlumat verdi. Bundan sonra toplantı üzvləri Hollandiyada nəzərdə tutulacaq yığıncaqda iştirak etmək qərarına gəldilər