BMT qarşısında Azərbaycan aksiyası

11/03/2013 10:23

Amerikada yaşayan azərbaycanlılar Nyu Yorkda  BMT-nin binası qarşısında aksiya keçiriblər.  Gunxeber.com-a bu barədə aksiyanın təşkilatçılarından olan tələbə, gənc fəal Emil İsmayılov məlumat verib. Aksiya Azərbaycandakı ictimai-siyasi vəziyyətə, əsgər ölümlərinə, repressiyalara, siyasi həbslərə etiraz olaraq təşkil edilib, siyasi məhbusların azadlığa buraxılması tələb olunub

Aksiyanın qətnaməsi aşağıdakı kimi olub: “Biz Azərbaycan hakimiyyətindən, prezident İlham Əliyevdən bütün siyasi məhbusların azadlığa buraxılmasını, gənclərə qarşı repressiyalara son qoyulmasını, ordudakı əsgər ölümülərinin dayandırılmasını və baş vermiş ölüm hadisələrinin ciddi araşdırılmasını, ordu üzərində vətəndaş nəzarətinin təmin olunmasını və oktyabrda keçiriləcək prezident seçkiləri ilə demokratiyaya dinc yolla keçidin təmin olunmasını tələb edirik. Biz BMT-nivə beynəlxalq ictimaiyyəti Azərbaycandakı repressiyalara, insan hüquq və azadlıqlarının pozulmasına təpki gəstərməyə, Azərbaycanda demokratik hərəkata dəstək verməyə çağırırıq. Həmçinin bildiririk ki, belə aksiyalar artıq davamlı şəkil alacaq və beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltməyə çalışacağıq