Azay Quliyevin kimliyinə nəzər yetirək
Aprelin 22-də Strasburgda AŞPA binasında qəflətən qarşılarında Demokratik Azərbaycan Hərəkatının qurucusu olan 15 aktiv siyasi mühaciri görən Azərbaycanın deputat qrupunun üzvləri görünür hələ də özlərinə gəlib danışa bilmədiklərindən Azay Quliyevi qabağa veriblər. O da bizi Azərbaycanı sevməyən qüvvələrin əlində oyuncaq olmaqda, özümüzü kiminsə yadına salmaq da və sair də ittiham edib. Cənab Azay Quliyev bilmir ki, ona və onun təmsil etdiyi hökumətin nümayəndələrinə qarşı Strasburgdakı olay ilk sürpriz idi. Onları hələ çox sürprizlər gözləyir. Siz bizi hər zaman ən rahat zamanınızda önünüzdə görəcəksiniz. Dünya sizə dar olmalıdır! Bizi Azərbaycanı sevməməkdə ittiham edənin isə vəzifələrinə baxın:
- Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
- Millət vəkili
- Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvü
- Azərbaycan Respublikasının Prezidenti yanında Sahibkarlar Şurasının üzvü
- Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun Müşahidə Şurasının üzvü
- Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının üzvü
- ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü
- Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü
- Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
- Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü
- Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü
- Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü
- Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü
- Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü
Başqa vəzifələrini də saya bilərəm. Maraqlıdır ki, 2003-cü ilə qədər 2003-cü Almaniya Texniki Əməkdaşlıq Agentliyinin (YAIIDP) vətəndaş cəmiyyəti üzrə eksperti vəzifəsində çalışan Azay Qyliyev birdən-birə hansı qabiliyyətinə görə bu qədər vəzəfəyə layiq görülüb, hər gün xarici səfərlərdə kef edir və hələ utanmazcasına bizi alət olmaqda ittiham edir. Kürd olduğuna görə bu qədər üstünlüyə malik olan birinin türk olduğuna görə ölkədən didərgin salınanları ittiham etməsi təbii ki, normaldı
FİKRƏT HÜSEYNLİ