Azərbaycanla Çexiya arasında qalmaqal

20/03/2013 16:10

Azərbaycan hakimiyyətini insan haqlarına görə tənqid edən çıxışından sonra Çexiyanın xarici işlər naziri, tanınmış dissident Karel Şvartsenberq Bakıya səfərini ləğv ed
Xəbəri “Praqa radosu” yerli humanitar təşkilatlardan birinə istinadən yayıb. Bildirilir ki, xarici işlər nazirinin Azərbaycana səfəri aprel ayına planlaşdırılmışdı, lakin səfər ləğv edilib. Məlumatı radioya “İnsan çətinlikdə” adlı humanitar təşkilat verib. Məlumatda deyilir ki, səfərin ləğv edilməsi K.Şvartsenberqin bu yaxınlarda Praqada Azərbaycandan olan insan haqları müdafiəçisi və vəkil İntiqam Əliyevə insan haqlarının qorunmasına görə nüfuzlu mükafat sayılan “Homo Homini” mükafatının təqdim olunması mərasimində etdiyi çıxışla bağlıdır. Həmin çıxışında nazir Azərbaycanda “insanları əzən ailə diktaturası”ndan danışmışdı və Qərbi bu cür hakimiyyətlərə qarşı yumşaq münasibətinə görə tənqid etmişdi. Çexiya XİN K.Şvartsenberqin Bakıya səfərinin təxirə salındığını təsdiqləyib, ancaq bildirilib ki, bu həmin dövrdə Bakıda Ümumdünya iqtisadi forumunun keçirilməsi ilə bağlıdır. Bununla belə mənbələr məhz Azərbaycan tərəfinin sözügedən tənqiddən qəzəbləndiyi üçün səfərin təxirə düşdüyünə şübhə etmirlər. Qeyd edək ki, Azərbaycanın müxalifət liderləri K.Şvartsenberqə həmin çıxışına görə minnətdarlıq məktubu göndəriblər