Avropadakı soydaşlarımız Brüsselə toplaşır
Oktyabrın 3-də Avropanın paytaxtında keçiriləcək aksiya da Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli də iştirak edəcək.
Azərbaycanda prezident seçkiləri ilə bağlı aparılan seçki kampaniyasını diqqətlə izləyən Avropada yaşayan soydaşlarımız 9 oktyabr prezident seçkilərilə bağlı Avropa Birliyinin paytaxtı olan Brüsseldə aksiya keçirməyə qərar veriblər. Xəbərdə bildirlir ki, oktyabrın 3-də saat 11-dən 14.00-a dək Avropada yaşayan soydaşlarımız Azad seçki, Siyasi məhbuslara azadlıq, Diktaturaya yox" kimi şüarlarla Avropa Parlamentinin binası önündə toplaşacaq: “Artıq aksiya ilə bağlı Brüsselin aidiyyatı qurumlarına müraciət edilib. Bəllidir ki, oktyabrın 3-də Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin Avropa Parlamentində çıxışı gözlənilir
Yada salaq ki, müxalifətin prezidentliyə vahid namizədi Cəmil Həsənlini Avropa Parlamentinin rəhbərliyi Azərbaycanda prezident seçkiləri mövzusunda mühazirə etmək, eyni zamanda avropalı deputatlarla fikir mübadiləsi aparmaq üçün Brüsselə dəvət edib. Cəmil Həsənlinin Brüsseldə keçiriləcək aksiyada soydaşlarımız qarşısında çıxış edəcəyi də gözlənilir:“ Avropada mühacir həyatı yaşayan minlərlə soydaşımıza səslənərək onları oktyabrın 3-də Brüsseldə Luxemburgplein Weirzstraat 60/ Rue Wiertz 60, 1047 ünvanına dəvət edirik