Əsgər ölümlərinə son
09/03/2013 05:29
Son günlər Azərbaycanda baş verən proseslərə biganə qalmayaraq Demokratik Azərbaycan Avropa Hərəkatının üzvləri hakimiyyətin hərbi, eləcə də digər sahələrdə atdığı addımları qətiyyətlə pisləyir və bütün Avropa ictimaiyyətini bu barədə fikir yürütməyə çağırır. Belə ki, bu il ərzində qeyri-döyüş şəraitində əsgərlərin ölməsi və öldürülməsinin birbaşa günahkarı Azərbaycan hakimiyyətidir. Uğursuz hərbi siyasət, müdafiə sistemindəki özbaşınalıqlar və birmənalı şəkildə gənc əsgərlərin həyatına bu və ya digər formada son qoyulması dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənməlidir
İlk növbədə müdafiə sisteminə birbaşa cavabdehlik daşıyan nazir Səfər Əbiyev və onun ətrafındakı kadrlar vəziflərini qeyri-şərtsiz tərk etməli və baş vermiş cinayətlər barədə sorğu-sual olunaraq məsuliyyətə cəlb olunmalıdırlar
Azərbaycanda ictimaiyyətinin, eləcə də gənc nəslin aparılmış bu uğursuz hərbi siyasətə cavabı 10 mart tarixində təyin olunmuş "Əsgər Ölümlərinə Son" aksiyasıdır. Lakin yenə də Azərbaycan hakimiyyəti vətəndaşların konistitusyon hüquqlarını pozaraq gəncləri həbslərlə qorxudur, onlara müxtəlif adlarla cinayət işləri açırlar
Biz Avropada yaşayan Azərbaycanlılar və DAH əlaqələndirmə şurası Avropa ictimaiyyətini Azərbaycanda son günlər hakimiyyətin atdığı addımlara qiymət verilməsinə çağırır və əsgər ölümlərinə son qoyulmasını Azərbaycan Hakimiyyətindən tələb edirik