Şahin Şuşalı :Nə qədər ki bu rejim var, əsgər ölümü dahada çox olacaq

30/03/2013 12:51

Demokratik Azərbaycan Hərəkatının üzvü Azərbaycanın milli Qəhrəmanı Şahin Şuşalı ilə söhbətləşdik. Şahin bəy hazırda İsveçdə yaşayır və onun fikirlərini sizlərə təqdim edirik

Şahin bəy rejimlə mübarizə indi Avropada hansı səviyyədədir

 

Avropada bu rejimə qarşı mubarizə çox aşağı səviyyədədir,çünki mübarizənin başlanğıcında hamı aktiv olur və sonradan getdikcə yavaşlayır və demək olarkı yox dərəcəsinə enir. Mən istərdim ki, bu yaratdiğımız hərəkat Azərbaycanda tam demokratiya qələbəsi çatana kimi mubarizə aparsın, daha prezident seçkiləri qurtardı fəaliyyətini dayandırsın bu bir səhvdir. Biz seçkilərə görə yox, demokratiya uğrunda mübarizə aparırıq

 

Xalqımızın Qarabağ problemi həllinin bir çıxış yolunu deyin

 

Qarabağ probleminin bir həlli yolu var, oda bu aftoritar rejimi yola salandan sonra olacaq və bu problemin həllini fikirləşə bilərik. Nə qədər bu rejim var, Qarabağın həlli yolları da olmayacaq, indi durub Qarabağdan danışmaq o deməkdir ki, biz qabağımıza qoyduğumuz demokratik cəmiyyət uğrunda mübarizədən əl çekməliyik. Bizim bir məqsədimiz var indi oda bu rejimi yola salmaqdır, sonra Qarabağın həlli yollarını fikirləşməliyik, milləti Qarabağ uğrunda savaşa hazırlamalıyıq

 

Demokratik Azərbaycan Hərəkatı üçün mübarizə forması nəyi misal gətirə bilərdiniz

 

DAH-ın mübarizə yolu Avropada yaşadığımız yerlərdə parlament üzvlərilə görüşlər keçirmək və onlara Azərbaycandakı bu alçaq rejimi niyə dəstəkləməsinin səbəbini öyrənməliyik, qoy açıq desinlər Azərbaycanda insanları bu zülmə salan bu Heydərizmə neft və qaza görə niyə qurban verirlər


Türkiyə sizcə yenidən seçkilərdən sonra bu hakimiyyəti dəstəkləyəcəkmi

 

Qaldı Türkiyə dövlətinə mən heç vaxt Ərdoğan hakimiyyətinə inanmamışam və inanmıram da, əlbbətdə onlar indidən bilirlər seçkilər saxtalaşdırılacaq və bu saxtakarlığa göz yumub yenədə öz təbriklərini İlhama çatdıracaqlar

 

Əsgər ölümləri və ordumuz, bu barədə

 

Nə qədər ki bu rejim var, əsgər ölümü dahada çox olacaq. Baxın gənclər əsgər ölümünə qarşı ayağa qalxdılar nə oldu, məgər əsgər ölümü dayandımı, yox əksinə yənədə əsgər ölümü davam edir, çünki müdafiə naziri elə bir adamdır ki Şuşanın müdafiə planını o çəkmişdi və general Şahin Musayevlə birlikdə Şuşanı düşmənlərə bəxşiş verdilər. Bunu Səfər Əbiyevdən indiyə kimi soruşan olubmu yox.