Demokratik Azərbaycan Hərəkatına sən də qoşul

 

“Demokratik Azərbaycan hərəkatı" yaradılması haqqında bəyannamə


Xalqin həqiqi siyasi iradəsini əks etdirən hakimiyyətin formalaşdırılması və bunun üçün seçki islahatına və azad, ədalətli, demokratik seçkilərin keçirilməsinə nail olmaq

Azərbaycan dövlətinin beynəlxalq təşkilatlar qarşısında uzərinə götürdüyü öhdəliklərə əməl etməsinə nail olmaq ücün BMT, Avropa Birliyi, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar qarşısında məsələlərin qaldırılması

Azərbaycan haqqında həqiqəti yaşadığımız olkələrin ictimaiyyətinə və bu ölklərdə fəaliyyət göstərən beynəlxalq təşkilat və qurumların diqqətinı çatdırmaq

Azərbaycan reallığını özündə əks etdirən sənədlərin,konsepsiyaların,doktorinaların hazırlaması,müzakirələrə çixarılması,beynəlxalq təşkilatlara sorğular verməyə nail olmaq

Azərbaycanda demokratik bir cəmiyyətin qurulması, siyasi əqidəsinə görə qeyri-qanuni olaraq həbs olunan insanların dərhal azadlığa buraxılmasına, siyasi partiyalarin,QHT təşkilatlarının normal fəaliyyət göstərməsi üçün lazımi şəraitin yaradılmasına nail olmaq

Korrupsiya və rüşvətə, ölkədə feodal məmur oliqarx özbaşınalığına son qoymağa nail olmaq

Azərbaycanda fəaliyyət göstərən demokratik qüvvələrlə, siyasi partiyalarla, QHT-lərlə əlaqlərin qurulmasına, birgə fəaliyyət göstərilməsinə nail olmaq

Götərilən istiqamətlərdə xaricdə yaşayan,siyasi mənsubiyyətindən asılı olmayaraq bütün mütərəqqi soydaşlarımızın səylərini əlaqələndirmək və təşkilatlandırmaq məqsədi ilə “Demokratik Azərbaycan Hərəkatı”nın yaradıldığını bəyan edirik

“Demokratik Azərbaycan Hərəkatı” BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş Insan Hüquqları haqqında Ümumi Bəyannaməni, Insan Huquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasını və bu sənədlərdə təsbit olunan prinsip, norma, qayda və muddəaları öz fəaliyyətində rəhbər tutur və hesab edir ki, yalnız qeyri-zorakı, dinc, sivil mübarizə metod və vasitələri məqbuldur.Demokratik Azərbaycan hərəkatı xaricdə fəaliyyət göstərən heç bir təşkilata, quruma alternativ kimi başa düşülə və şərh edilə bilməz

Bu bəyanatı imzalayan şəxslər təsisçi üzvləri qismində çıxış edir.Təsisçilik üçün imza atmaq açiqdir.“Demokratik Azərbaycan Hərəkatı”nın ali orqanı ölkələr üzrə seçilmiş nümayəndələrdən ibarət Əlaqələndirmə Şurasıdır. Əlaqələndirmə Şurası “Demokratik Azərbaycan Hərəkatı” adından qərarlar qəbul edir,bəyanatlar, müraciətlər,sorğular verir